24-05-2018 [17:15]
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində yazıçı, publisist Bəxtiyar Qaraca və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının müəllifi olduğu "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi keçirilib.
Mia.az-ın məlumatına görə, kitabın ön sözlərinin müəllifi "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovdur.
Kitabın təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov bildirib ki, Azərbaycan xalqı hər zaman Şərdə ilk demokratik respublika yaradan xalq olması ilə fəxr edib.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının 100 illik tarixində ən böyük hadisədir.
Ə.Amaşov əlavə edib ki, "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabı "Veysəloğlu" Şirkətlər Qrupunun Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hədiyyəsidir:
"Kitab Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq, dövlətçilik tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Kitabda son iki əsrdə milli məfkurəni, özünədərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği və mühafizəsidir".
Ə.Amaşov qeyd edib ki, kitabda tarixçilərin sənədlərindən başqa, jurnalist araşdırmaları da yer alıb. Kitabda, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi islahatlardan söz açılır.
Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş bildirib ki, mayın 28-də Azərbaycan ilk demokratik respublikasının qurulmasının 100 illiyini qeyd edəcək: "Tarixi faktlar da göstərir ki, Azərbaycan hələ 100 il əvvəl Şərqdə ilk demokratik respublikanı yaradan, demokratik dəyərlərin bünövrəsini qoyan ilk respublikadır".
Z.Hernyeş qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi.
O əlavə edib ki, bütün bunlar illər sonra fundamental azadlıqları təsbit edən dəyərlər kimi Avropada yarandı.
Z.Hernyeş deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 60-dan çox qəzet nəşr olunurdu: "Onların əksəriyyəti Azərbaycan dilində nəşr edilirdi. İlk nəşr edilən qəzetlərdən biri olan "Musavat" insanların bərabərliyini təlqin edirdi. Məhəmməd Əmin Rəsulzadə də bu qəzetin yazarlarından biri olub. Nəsillər öz tarixi biliklərinə yiyələnməklə inkişaf etməyə qadirdirlər. Xalqlar öz köklərinə bələd olduqda onların qarşısında daha geniş səhifələr açılır. Bu gün təqdim olunan kitab da Azərbaycan xalqına bir töhfədir. Avropa Şurasının Bakı nümayəndəliyi adından kitabın müəlliflərinə dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu kitab təkcə Azərbaycan xalqının yaddaşının təzələnməsi baxımından deyil, bir sıra ölkələrdə demokratik dəyərlərin təşviqi baxımından da çox dəyərlidir".
"Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, 5000 illik dövlətçilik tarixinə sahib olan Azərbaycan xalqının müstəqillik salnaməsinə bir əsr əvvəl yeni bir səhifə əlavə olunub:
"O möhtəşəm gündən bizi 100 illik bir məsafə ayırır. Həmin dövrün maraqlı faktlarını təqdim edən müəlliflər Azərbaycan Xalq Cümhuriyyətinin əksər mərhələlərini ümumiləşdirərək hadisələrin xronoloji ardıcıllığını qoruyub saxlamağa çalışıblar. Maraq doğuran cəhətlərdən biri də budur ki, müəlliflər siyasi rejimlərin, dövlət idarəçilik formalarının dəyişikliyinə fərq qoymadan Azərbaycan Xalq Cümhuriyyəti faktına bütöv bir istiqlal epoxası kimi yanaşıblar".
S.Vəliyeva deyib ki, Azərbaycanın hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir: "Məni sevindirən həm də odur ki, bu hadisə orta məktəblərdə qeyd olunur. Mən bu kitabın ərsəyə gəlməsinə görə "Veysəloğlu" Şirkətlər Qrupuna təşəkkür edirəm. Burada dövlətçiliyin təşəkkül tapması, milli məfkurənin formalaşmasında əsas rol oynayan insanlar barədə məlumatların verilməsi, bu tarixin araşdırılması bizim tariximizə olan hədiyyədir. Bu kitabda böyük bir tarix açılıb".
Professor Cahangir Məmmədli bildirib ki, hər sətrində tarix olan "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabı Cümhuriyyət dövrünün əksər mərhələlərini elmi yanaşmadan çox bədii salnamə dilinə çevirib: "Kitab bütöv bir dövrü əhatə edir, burada hətta Cümhuriyyətə aparan yollar öz əksini tapıb. Bu kitabda müasirliyə gedən yollarda Azərbaycan xalqının hansı məşəqqətli günlər keçirdiyini görmək olar".
Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, kitabda kifayət qədər yeni faktlar var: "Bizim 5000 illik dövlətçilik tariximizdə ya sülalə, ya da tayfa əsasında yaranan dövlətlər olib. Amma Cümhuriyyət milli məfkurə ilə yaradılmış bir dövlət olub. Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisiyik. Cümhuriyyət konstitusiyanı qəbul edə bilmədi, Azərbaycan neftinə sahib ola bilmədi, parlamentdə seçkilər keçirə bilmədi, torpağı fəhləyə verə bilmədi. Amma müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti ilə bütün bunlara nail olundu".
Mətbuat Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, bu gün Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi insanların öz içindən gəlir: "Bu gün bu hadisə orta və ali məktəblərdə geniş qeyd edilir. Bu da bizi sevindirir".
Kitabın müəlliflərindən biri olan tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı isə bu işdə zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirib: "23 aylıq Azərbaycan Xalq Cümhuriyyətinin hər ayına yox, hər gününə kitab yazmaq olar. Bu dövr Azərbaycan tarixinin iftixar yeridir".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"