24-05-2018 [15:07]
Mayın 24-də Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verdi.
Qeyd edək ki, 47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun tikintisi üçün 2016-cı ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2 milyon manat vəsait ayrılıb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7 kilometrdən çoxdur. Layihəyə əsasən yol əsaslı şəkildə yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Bundan başqa, yolboyu 450 metr uzunluğunda istinad divarları inşa olunub, bütün infrastruktur yaradılıb. Yolun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Eyni zamanda, "Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qobu-Hökməli avtomobil yolunun 11,5 kilometrlik hissəsinin yenidən qurulması da başa çatdırılıb. Yolun eni 11 metrə yaxındır. Bundan başqa, bu ərazidə məcburi köçkünlər üçün yeni tikilən "Qobu Park” yaşayış kompleksinə gedən 700 metr uzunluğunda avtomobil yolunun tikintisi işləri də yekunlaşıb. Bununla da Qobu qəsəbəsində məcburi köçkünlər üçün yeni salınan şəhərcikdən yola birbaşa çıxış təmin olunub.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO