Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırıldı

img

24-05-2018 [12:35]


Gənc müəllim Həbib Əlizadəni polisə şikayət edən Gəgiran kənd orta məktəbinin direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə çağırılıb.

Bu barədə məlumatı müəllim sosial şəbəkədə paylaşıb. O bildirib ki, direktorun şikayət əsasında bu gün Lənkəran şəhər Polis Şöbəsində olub:

"Şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq”.

Qeyd edək ki, direktor müəllimi uşaqları icazəsiz Bakıya ekskursiyaya aparacağı üçün polisə şikayət etmişdi. Müəllim isə cavabında hər şeyin icazəli olduğunu, bu addımın ona qarşı qərəzli şəkildə atıldığını bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR