Bakıda avtobuslarda cibgirlik edən şəxs yaxalandı

img

24-05-2018 [12:07]


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, mayın 22-də saat 18 radələrində Nəsimi rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini A.Məhərrəmovun cibindən 120 manat pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən "isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Hakim Quluyev olduğu müəyyən edilib.

A.Məhərrəmova məxsus mobil telefon və həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb.

Anoloji hal mayın 23-də saat 1 radələrində Sabunçu rayonunun ərazisində qeydə alınıb. Belə ki, Zabrat qəsəbəsi ərazisində marşrut avtobusunda qəsəbə sakini T.İbadovun cibindən 35 manatı oğurlamaqda şübhəli bilinən şəxs isə ərazidə xidmət aparan 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerində yaxalanıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramal Camalov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR