24-05-2018 [09:44]
Ukrayna prezidenti, ABŞ prezidenti Donald Trampın vəkilinə ötən il 400 min dollar rüşvət verildiyinə dair BBC-nin yaydığı məlumatı "ağ yalan” adlandırıb. Xəbərdə bu pulun vəkilə iki liderin görüşünü təşkil etmək məqsədiylə verildiyi iddia olunur.
Mia.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, Petro Poroşenkonun ofisi təkzib bəyanatını mayın 23-də – BBC-nin materialı dərc olunduqdan bir neçə saat sonra verib.
BBC-nin materialında iddia edilir ki, ödəniş araçıların vasitəsilə Maykl Koenə edilib. Guya, Koen bu ödənişin müqabilində Poroşenko və Tramp arasında məxfi kommunikasiya kanalı açmalıymış.
BBC-nin reportajında Kiyevdə adı çəkilməyən mənbəyə istinad edilir.
Poroşenkonun mətbuat xidmətinin bəyanatında deyilir: "Ağ yalan, iftira və saxta məlumatdır. Biz bu dezinformasiyanı belə qiymətləndiririk”.
Bəyanatda daha sonra deyilir ki, "bu dezinformasiyanı” yayanlar Ukrayna-ABŞ münasibətlərinə ziyan vurmaq istəyirlər: "Bu, həm də Ukrayna və ABŞ prezidentlərinə qarşı şəxsi hücumdur”.
Bəyanatda BBC-dən materialı silmək tələb edilir və bildirilir ki, məsələ ilə bağlı hüquqi müstəvidə tədbir görülə bilər.
Koen bu barədə "Reuters”in sualına SMS-lə cavab verib: "Bu məlumat tamamilə saxtadır”.
BBC-nin bu məlumatı Koeninin üzərinə təzyiqlərin artdığı bir vaxta təsadüf edir. O, uzun müddətdir ki, Trampın şəxsi vəkilidir və onun imperiyası üçün müxtəlif sövdələşmələrin əldə olunmasında əsas rollardan birini oynayıb.
Koen habelə 2016-cı ildə porno aktrisasının Trampla keçmiş münasibətləri barədə susması üçün qadına ödəniş edilməsini təşkil edib. Tramp bu qadınla hər hansı intim münasibətlərini inkar etsə də, ona 100 min dollar ödəndiyini təsdiqləyib.
Ötən ay federal xəfiyyələr Koenin evinə və ofisinə reyd keçiriblər.
Məhkəmə sənədlərindən məlum olur ki, qaynatası Ukrayna mühaciri olan Koen bank fırıldaqçılığında, seçki qanunlarını pozmaqda və başqa qanunsuz əməllərdə şübhəli bilinir.
Hüquq ekspertləri deyirlər ki, aktrisa Stefaniya Klifforda ödəniş qanunsuz kampaniya ödənişi kimi təfsir edilə bilər.
Ukraynadakı mənbə BBC-yə bildirib ki, Poroşenko ABŞ seçkisində Hillari Klintonun qələbəsinə inanırmış və 2016-cı ilin avqustunda "The New York Times” qəzetində dərc olunmuş sənədin sızmasına məhz o, xeyir-dua verib.
Həmin sənəddən görünürdü ki, Trampın ovaxtkı kampaniya rəhbəri Pol Manafort Ukraynadakı rusiyayönlü partiyadan milyonlarla dollar alıb.Bu məqalənin dərcindən bir neçə gün sonra Manafort istefa vermişdi.
Ötən il xüsusi prokuror Robert Müeller Manaforta qarşı iki rəsmi ittiham irəli sürüb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"