"Utanmadan göstərir ki, guya biz..." - Rüstəm İbrahimbəyova sərt reaksiya

img

23-05-2018 [21:38]


Rüstəm İbrahimbəyovun qalmaqallı "Qafqaz üçlüyü” filmi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların hiddətinə səbəb olub. 

Bununla bağlı Mia.az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, Rüstəm İbrahimbəyovun dövlət milli maraqlarımıza zərbə vurmağı gözləniləndir:  

"Bilirsiniz, İbrahimbəyov milli satqınlarımızdandır! Bu onun alnına vurulmuş möhürdü! Filimdə azərbaycanlıları vəhşi, qorxaq, qaragüruh kimi göstərən adam nə olmalıdır ki?! Utanmadan göstərir ki, guya biz dinc erməni ziyalısını linç edən bir xalq olmuşuq. Sanki ermənilər bizim deyil, biz ermənilərin soyunu qırıb tükətməyə çalışmışıq. Axı bütün dünya qəbul edir ki, bizim torpaqlarımızı işğal edən, Xocalı kimi faciəni bizim xalqa yaşadan məhz ermənilərdi! Satılmış İbrahimbəyov isə, bunun əksini yazır, çəkir və dünyaya göstərir. Bunun adı nə nədir? Yaramazlıq! 
2018-05-11-21-03-04niyamededin_o.jpg (640×458)
Bu gün Ermənistanda bir nəfər azərbaycanla yaşamır və bunu ermənilər imkan da verməz. Ancaq Azərbaycanda rəsmi olaraq 30 000 erməni yaşayır! Kimdir vəhşi xalq?! İbrahimbəyov bütün bunlardan sonra öz soyadını dəyişməlidir. İbrahimyan etsə, daha doğru və ədalətli olar. Bu adam Rusiyanın layihəsində əsas rol almışdı və radikal müxalifətin bütün təmsilçilərini bu oyuna cəlb etmişdi. Bu gün də o Milli Şuranın fəxri sədridir. Bütün cəmiyyət onun bu filiminə kəskin etiraz edir, partiya yetkiləri, QHT sədrləri, tanınmış jurnalistlər, fəallar, yüz minlərlə facebook istifadəçiləri, ancaq hələ də Cəmil Həsənli, Əli Kərimlinin səsi çıxmır. Görünür, onlar da Rüstəm İbrahimyanın fikirləri ilə razıdırlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR