23-05-2018 [22:07]
"Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Sportal.az saytına müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- "Neftçi”ni qəbul edəndə komandanın bir xalı var idi. Lakin mövsümü üçüncü pillədə başa vurduz. Özünüzlə fərəhlənirsiz?- Əlbəttə, heç kim inanmırdı. Komandanı 4-cü turda qəbul etdim. İki oyun mənimlə uduzdu və 6 turdan sonra komandanın 1 xalı var idi. Heç kim inanmırdı ki, "Neftçi” medal qazanacaq. İşin içinə girəndə hiss edirdim ki, komandada xaos var. Ancaq səbir və təmkinlə işimizi gördük. Uşaqlara inamı qaytarmağı və psixoliji hazırlıq üzrə çalışdıq. Yavaş-yavaş komandanı formalaşdırdıq. Nəticə qazandıqca həvəsimiz artırdı. Ancaq uğur qazandıqca təzyiqlər də çoxalırdı. Buna baxmayaraq, işimizdən zövq aldıq. O uşaqlarla birgə çalışdığım üçün fərəh hissi keçirirəm.
- Səmimi etiraf edin, komandanı götürəndə 3-cü yeri tutacağınıza inanırdınız?
- Xeyr, inanmırdım. Rəhbərliklə söhbət edəndə qarşıma 4-5-ci pillələr hədəf olaraq qoyulmuşdu. Ondan yuxarı yeri tutmaq inandırıcı deyildi. Komandanı götürəndə 1 xalı var idi, 1 top vurmuşdu və həmin o qolu da rəqib öz qapısından keçirmişdi. Komandada futbol anlayışı çətin idi. İnam yox idi, taktiki baxımdan geri idilər. Mövsümün gedişində 4-5-ci yerlərə inam var idi, lakin mükafatçılar arasına düşəcəyimizi heç mən də gözləmirdim.
- Müqaviləniz başa çatır. Gələcək taleyiniz qaranlıqdır...
- Sizə olduğu kimi, mənə də gələcəyim qaranlıqdır. Mayın sonunda müqaviləm başa çatır. Heç bir təklif yoxdur. Nə başqa yerdən, nə də "Neftçi”dən. Mən də gözləyirəm. Təklif olsa, dəyərləndirəcəyik.
- Yayılan məlumatlara görə adınız "Səbail”lə hallanır. Bildirilir ki, bu məsələ "yuxarı”dan həll olunub...
- Mənim bu barədə məlumatım yoxdur. Bu gün eşitdim ki, Samir Əliyev klubdan ayrılıb. İstər-istəməz adama pis təsir edir. Neçə il çiyin-çiyinə futbol oynamışıq. Mənim "Neftçi” ilə ayın sonuna kimi müqaviləm var və gözləmə mövqeyindəyəm. Adımın "Səbail”lə hallanması nə qədər xoşdursa, bu məlumatlar həqiqəti əks etdirmir.
- Komandanı quyunun dibində çıxartdız. "Neftçi” azarkeşlərinə, komandaya inam qaytardız. Sizin rəhbərlik altında "Neftçi” 3-cü pilləni tutaraq avrokuboklara vəsiqə qazandı. Postunuzdan göndərilsəniz, bunu halal edəcəksiz?
- Oynadığım və işlədiyim dövrlərdə belə şeylərə rast gəlmişəm. Çiyin-çiyinə çalışdığım insanlara halal edə bilərəm. Bizim ölkə futolu naminə çalışmaq borcumuzdur. Bu klubda böyümüşəm. "Neftçi”yə halallıq verə bilərəm. Sırf olaraq "Neftçi” adına.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"