Lavrov Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

img

23-05-2018 [14:50]


Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri telefon danışığı zamanı müzakirə edib.

Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, mayın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub: "Aktual məsələlər müzakirə edilib".

Nazirliyin məlumatında qeyd olunub ki, nazirlər ikitərəfli tədbirlərin planını, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR