DİN hərbçinin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

img

23-05-2018 [11:20]


Daxili İşlər Nazirliyi Beyləqanda hərbçinin öldüyü qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, mayın 22-də saat 11 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində Astara rayon sakini Murad Muradov idarə etdiyi "Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və idarəetməni itirdiyindən avtomobil aşıb.

Nəticədə M.Muradov və sərnişinlərindən - həmyerlisi Toğrul Babayev hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzada ölən M. Muradov Azərbaycan Ordusunun giziridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR