ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Məleykə Əsədovaya 200 minlik ərəb atını kim hədiyyə edib? - FOTO-VİDEO - mia.az
Şriftin ölçüsü / 3270 dəfə oxunub

Məleykə Əsədovaya 200 minlik ərəb atını kim hədiyyə edib? - FOTO-VİDEO

21 May 2018 [13:42]
Xalq artisti Məleykə Əsədovaya bahalı ərəb atı hədiyyə edilib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Məleykə Əsədovaya "Uğur" adlı bahalı ərəb atı bağışlayıblar. Məsələ ilə bağlı saytımıza açıqlama verən xalq artisti at saxladığını və atın hədiyyə olduğunu bildirib:

"Mənim 3 ildir atım var. Mehdiabad qəsəbəsində 2-ci Savxozda yerləşən atçılıq mərkəzində saxladıram. Həmin at ərəb atıdır. Çoxdandır atımı görməyə getmirdim, sırağa gün - şənbə günü getmişdim".

Xalq artisti Məleykə Əsədova atın qiyməti ilə bağlı sualımıza cavab vermək istəmədi:

"Mən atın qiyməti haqda danışmaq istəmirəm. Elə imkana malik adam deyiləm ki, o cins at alım. Ərəb atını mənə ad günümdə hədiyyə olunub. Sənətçiyə hədiyyə edərlər də".

Əldə etdiyimiz məlumata görə Mehdiabad qəsəbəsində yerləşən atçılıq mərkəzində bir atın aylıq saxlanma qiyməti 500 manatdır. Həmin mərkəzdə də hər at qəbul edilmir. Yalnız xüsusi cins atları həmin atçılıq mərkəzində saxlatdırmaq mümkündür.

Qeyd edək ki, ölkəmizə gətirilən xüsusi ərəb atlarının ən ucuzunun qiyməti 150-200 min manatdan başlayır.



Famil Fərhadoğlu



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR