21-05-2018 [12:04]
Əgər 1990-ci illlərdə Naxçıvan çox ağır vəziyyətdə və gərgin bir şəraitdə idisə məhz Heydər Əliyevin Naxçıvana qayıtmasından sonra bu qədim diyar yenidən inkişaf etməyə və təhlükəsiz yaşamağa başladı.
Mia.az xəbər verir ki,bu fikirlər "Bizim Planet” verilişində aparılan müzakirələr zamanı səsləndirilib. AzTv-də yayımlanan "Bizim Planet” verilişi bu həftə də mühüm müzakirələrlə öz tamaşaçı auditoriyası ilə görüşüb. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi "Bizim Planet” verilişi bu dəfə millət vəkili Aydın Mirzəzadə və iqtisadçı alim Vüqar Bayramovun diskussiyaları ilə davam etdirilib.
Politoloq Rufiz Qonaqov müzakirəyə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri ilə başlayıb. Rufiz Qonaqov bildirib ki, İlham Əliyev prezidentliyi dövründə Naxçıvana 14-cü dəfə səfər edib. Bu səfər çərçivəsində cənab Prezident bir sıra vacib açılışlarda iştirak etmiş, çıxış etdiyi tədbirlərdə Naxçıvanla bağlı görülən işlər və qarşıda duran mühüm vəzifələr ətrafında fikirlərini bildirib. Politoloq qeyd edib ki, bu bir daha sübut edir ki, qədim Naxçıvan diyarı blokada şəraitində olmasına baxmayaraq dövlət miqyasında göstərilən diqqət nəticəsində bu gün bütün sahələrdə uğurla inkişaf etdirilir.
Mövzu ilə bağlı çıxış edən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Naxçıvanın bu gün ayaq üstə durmasında və yaxşı mənada inkişafında həm ulu öndər Heydər Əliyevin, həm də cənab prezident İlham Əliyevin böyük xidmətləri var. Heydər Əliyev Naxçıvan məsələsini çox uğurla həll etdi və Naxçıvanın ərazi bütövlüyü bir mənalı şəkildə böyük dövlətlər tərəfindən qəbul edildi. Sonralar da Naxçıvanın sosial səviyyədə inkişafı və təhlükəsizliyi daima İlham Əliyevin diqqətində oldu. Aydın Mirzəzadə bu dəfəki səfərdə dövlət başçısının Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi və strateji bir bölgəsi kimi təhlükəsizliyinin təmin edilməsi üçün hərbi məsələlərə də ciddi diqqət göstərməsinin və burada səsləndirdiyi bəyanatların əhəmiyyətliyini vuğulayıb.
"Bizim Planet” də aparılan müzakirələrdə qeyd olunub ki, Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Naxçıvan bu gün istənilən formada Ermənistanın təxribatının qarşısını almağa tam qadirdir. Bildirilib ki, Naxçıvanda iqtisadi sahədə mühüm irəliləyişlər var. İqtisadiyyatın istənilən sahələrində uğurla davam etdirilən islahatlar burada sosial rifahın yaxşılaşdırılmasına təkan verib.
İqtisadi baxımdan Naxçıvandakı mövcud vəziyyəti qiymətləndirən iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, Naxçıvan MR iqtisadiyyatının inkişafı ilk növbədə özünün təbii resurslarının hesabına, ikinici isə dövlətimizin dəstəyi ilə davam etdirilir. Vüqar Bayramov Naxçıvanda iqtisadi artım tempinin hər zaman qorunub- saxlanıldığını vurğulayıb. İqtiadçı alim bildirib ki, istər sənaye, istərsə də aqrar sahələrdə Naxçıvan öz məhsullarını yüksək rəqəmlər göstəricisində xarici bazarlara ixrac edən bir istehsalata sahibdir. Naxçıvanın sosial və iqtisadi inkişafında əldə olunan naliyyətlərdən danışan ekspert bildirib ki, məhz İlham Əliyevin prezidentliyi dövründə Naxçıvanda sənaye istehsalı 35 dəfə artıb.
"Bizim Planet” verilişində müzakir edilən mövzulardan biri də prezident İlham Əliyevin XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi "World Food Azerbaijan 2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2018” sərgilərində iştirakı ilə bağlı olub. Bildirilib ki, ölkəmizdə bu tip sərgi və tədbirlərin tez-tez təşkil edilməsi onu göstərir ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı və qida sənayesi sahələrində yüksək səviyyədə inkişaf var. Qeyd olunub ki, ənənəvi kənd təsərrüfatı ölkəsi olan Azərbaycan bu gün sözü gedən sahədə dövlət tərəfindən həyata keçirilən islahatlar nəticəsində daha da inkişaf etdirilir. Hazır qida məhsullarının emalı ilə də tanınan Azərbaycanda qida sənayesi sahənin əsasən səmərəli inkişafına diqqət yetirildiyi vurğulanıb. Bu dövlət səviyyəsində həyata keçirilən qeyri-neft sektorunun inkişafı üçün yürüdülən siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilib. Bildirilib ki, Azərbaycan bununla da dünyaya sübut edir ki, inkişaf edən bir ölkə kimi istənilən potensiala sahibdir.
Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında təşkilatın sabiq baş direktoru Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə keçirilən konfransda Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı və buradakı çıxışı da verilişdə müzakirə olunan mühüm mövzulardan idi. Müakirələr zamanı bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın burada insan kapitalı ilə bağlı fikirləri xüsusi əhəmiyyət kəsb edir. "Bizim Planet” də Azərbaycan-UNESCO münasibətlərinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm xidmətlərindən geniş danışılıb.
Verilişin bu dəfəki yayımı Ermənistandakı son ictimai-siyasi vəziyyət, orada cərəyan edən hadisələrin əksinə Azərbaycanda mövcud olan sabitlik və Ermənistanın düşdüyü bu vəziyyətdən çıxış yolu kimi işğalçılıq siyasətinə son qoyması ilə bağlı müzakirələrlə yekunlaşdırılıb.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb