Elmar Vəliyevdən "Cumhuriyyət ili"nə "hədiyyə" - İcra başçısı fanatları həbs etdirib? + Rəsmi açıqlama/FOTO

img

21-05-2018 [09:27]


Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə "Kəpəz” – "Neftçi” oyunundan əvvəl yerli azarkeşlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankart açmaq istəyinə imkan verilməyib.

Mia.az bildirir ki, bu barədə supersport.az saytı xəbər yayıb.

Qeyd olunub ki, fanatlar qarşılaşmaya daxil olmaq istəyərkən əllərində AXC qurucularının, həmçinin yubileyə həsr olunan şəkillər olub. Polislər azarkeşlərin pankartı stadiona aparmasına imkan vermədiyi üçün qalmaqal baş verib. 

Hüquq-mühafizə orqanları əməkdaşları fanatlara fiziki güc tətbiq edib və "Cümhuriyyət Quran Kişilərin Nəvələriyik!” şüarına görə azarkeşlər həbs olunub.

Onu da qeyd edək ki, bir müddət əvvəl Gəncənin deputatı, son illər icra başçısı Elmar Vəliyevin əsas adamlarından birinə çevrilən və buna qədər faktiki tez-tez Azərbaycan siyasətinə müdaxilə edən Rusiyanın istefada olan generalı İlqar Qasımovun sayəsində ulduzları parlamış Naqif Həmzəyev də Rəsulzadəni aşağılayan açıqlama vermişdi. 

Bundan başqa, Gəncədə Rəsulzadənin büstünə olan mənfi münasibəti də yəqin oxucular unutmayıb...

***

Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə keçirilən "Kəpəz” – "Neftçi” oyununda heç bir fanat saxlanılmayıb.

Bu barədə Mia.az-a DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov açıqlama verib.

O bildirib ki, bəzi xəbər saytlarında yerləşdirilmiş yazılarda Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə keçirilən "Kəpəz” – "Neftçi” oyunu ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları barəsində qərəzli məlumat yayımlanıb:

"Öncə onu qeyd etmək lazımdır ki, idman turnirlərində ictimai asayişin qorunmasında polis əməkdaşları üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirirlər. Gəncədə keçirilən futbol oyunu zamanı da Gəncə şəhər BPİ-nin və onun tabeli orqanlarının əməkdaşları asayişin, təhlükəsizliyin təminində fəallıq göstəriblər. 

Qeyd etmək lazımdır ki, oyun zamanı istər yerli, istərsə də qonaq azarkeşlər stadiona qeyri-qanuni hər hansı bir cism və ya əşya gətirməyiblər. Oyun öz axarında davam edib və azarkeşlərin səsləndirdiyi hər hansı bir şüar, pankarta görə polis əməkdaşları güc tətbiq etməyib. İddia edildiyi kimi, Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlı hər hansı bir yazılı və ya şifahi şüar səsləndirilməyib. Bütün bunların nəticəsi kimi, oyun zamanı və ya oyundan sonra heç kim saxlanılmayıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR