Ankara ABŞ-ın vergi həmləsinə cavab verdi: "Buna səssiz qala bilməzdik, prosesi başlatdıq”

img

20-05-2018 [20:32]


Türkiyənin ABŞ-a ödəyəcəyi əlavə gömrük vergisinin miqdarı qədər gömrük vergisini də onlardan etdiyimiz idxalda tutmaqla haqqımız olan prosesi başlatdıq.

Bu sözləri Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi deyib.

"Türkiyəyə müvəqqəti olsa da, əlavə vaxt verilməsini xahiş etdik, ancaq təəssüf ki, bu günə qədər nəticə hasil olmadı. Cavab prosesi başladılıb. İstədiyimiz bu deyildi. Bizim istəyimiz ABŞ-la ticarət həcmini çoxaltmaqdır. 20-30 milyard dollarlıq hədəflərə sürətli şəkildə getmək istəyirdik. Bunu etmək bizim seçimimiz deyil, ABŞ-ın bu mövzuda mövqeyinə Türkiyə olaraq səssiz qala bilməzdik. Biz də nə lazımdırsa, onu etmək üçün prosesi başlatdıq”, - nazir bildirib.

Xatırladaq ki, ABŞ dəmir, polad və alüminium məhsullarına əlavə gömrük vergisi tətbiq etdiyini açıqlamışdı/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR