Ərdoğandan sui-qəsd xəbərinə reaksiya: "MİT xəbər verdi, amma mən çəkinmədim, gəldim..."

img

20-05-2018 [16:38]


Bu gün Türkiyə prezidenti Ərdoğan Bosniyaya rəsmi səfər edib.

Mia.az xarici mətbuata istinadən bildirir ki, o, səfər zamanı Bosniya prezidenti ilə birgə mətbuat konfransında şəxsinə Sarayevoda sui-qəsd ediləcəyi xəbəri haqda verilən sualı da cavablandırıb: "Bəli, mənə Bosniyada sui-qəsd ediləcəyi haqda ciddi xəbər verildi. Bu xəbəri Milli Təhlükəsizlik Təşkilatımız çatdırdı. Amma mən səfəri təxirə salmağı deyil, əksinə, daha qətiyyətli şəkildə bura gəlmək istədim və gəldim...".

Ərdoğan deyib ki, belə təhdidlər onu qorxuda bilməz: "Zatən, biz Türkiyədə iqtidara gələndən belə xəbərlər alırıq. Amma bunlar bizi çəkindirməz, əksinə daha da qətiyyətli edər".  

Digər xəbərlər
SON XƏBƏRLƏR