Akşener böyük güclə seçkiyə girir: Başbuğ, Dəmirəlin şəxsi həkimi, keçmiş deputatlar...

img

20-05-2018 [15:23]


Meral Akşenerin lideri olduğu "İYİ" Partiyası 24 iyunda keçiriləcək prezident və parlament seçkilərinə bütün gücü ilə hazırlaşır.

Türkiyə mətbuatı xəbər verir ki, Türkiyə siyasətində yeni partiya kimi parlayan "İYİ"nin  deputatlığa namizədlər siyahısında sürpriz adlar olacaq.

Məlumata görə, keçmiş prezident Süleyman Dəmirəlin şəxsi həkimi Aylin Cəsur, Nəcip Hablemitoğlunun həyat yoldaşı Şəngül Hablemitoğlu, sabiq səfir Gündüz Aktanın oğlu, MHP-nin sabiq deputatı Uygar Suphi Aktan, Alperen Ocaqlarının sabiq lideri Yavuz Ağıralioğlu, sabiq deputatlar Lütfü Şahsuvaroğlu, Adnan İslamoğulları, İzmirin tanınmış ülkücülərindən Ali Çelik ilə yanaşı, türk ordusunun keçmiş Baş Qərargah rəisi İlker Başbuğun da adı yeni partiyanın deputatlığa namizədlər siyahısında ön sırada olacaq.

Məlumatda o da qeyd olunur ki, adıçəkilənlərdən başqa, "İYİ"nin siyahısında daha 30 tanınmış şəxsin adı var. Siyahı tam şəkildə mayın 24-də açıqlanacaq/Strateq.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR