warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü
Şriftin ölçüsü / 1794 dəfə oxunub

Səxavət Tağlar Rəsul Rza mükafatına layiq görüldü - FOTOLAR

19 May 2018 [23:35]
Azərbaycan Respublikasının Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağlar xalq yazıçı və şairləri Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığına hər zaman böyük sevgi və məhəbbət göstərir. 

Mia.az bildirir ki, yazıçı Səxavət Tağların "Bir nəslin dörd fəsli” adlı tədqiqat kitabı da məhz onların adına layiq fikir ucalığından ərsəyə gəlib. 

Kitab bir ədəbiyyat nümunəsi olmaqla, eyni zamanda təhsil müəssisələrinin dil-ədəbiyyat müəllimləri və ədəbiyyatsevərlər üçün dəyərli bir metodik vəsaitdir.

Böyük ədib Rəsul Rzanın doğum günü yazıçı Səxavət Tağların yaradıcılığı yüksək dəyərləndirilib və o, Rəsul Rza mükafatına təqdim olunub.

 Azərbaycan Yazıçılar Birliyində təqdimolunma mərasimində Səxavət Tağlar Xalq yazıçısı Anara və Xalq şairi Fikrət Qocaya təşəkkürünü bildirib. O, Rəsul Rza yaradıcılığının gənc nəslin tərbiyəsində misilsiz əhəmiyyətindən danışıb.




SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi