"Qalatasaray" çempion oldu, "Fənərbaxça" "Başakşəhər"i qabaqladı - Türkiyə superliqası bitdi

img

19-05-2018 [21:56]


Bu gün Türkiyə çempionu bəlli olub.

Mia.az bildirir ki, çempion İzmirdə müəyyənləşib. 

Belə ki, İzmirdə "Göztəpə" ilə qarşılaşan "Qalatasaray" 66-cı dəqiqədə oyunda hesabı açıb. Qolu penaltidən Gomis vurub - 0:1.

Bu qələbə sayəsində xalını 75-ə çatdıran "Aslan"lar çempion olublar. 

Qeyd edək ki, "Qalatasaray"a bu oyunda bərabərlik də çempionluq üçün yetirdi.

Onu da qeyd edək ki, bu qələbə sayəsində baş məşqçi Fateh Terim "Qalatasaray"ın sükanı arxasında 17-ci kubokunu qazanıb. "Qalatasaray" isə bu gün 21-ci çempionluğunu elan edib.

Xatırladaq ki, bu gün keçirilən digər oyunda "Başakşehir"  "Kasımpaşa"ya 3-2 qalib gəlib. "Beşiktaş" isə "Sivasspor" darmadağın edib - 5:1.

"Fənərbaxça" isə evində "Konyaspor"la gərgin mübarizədən 3 - 2 hesabı ilə qalib ayrılaraq, xalını "Başakşəhər"lə bərabərləşdirib. 

Hər iki komanda 72 xal toplasa da, digər göstəricilərə görə "Fənərbaxşa" ikinci pillədə yerləşərək, Çempionlar Liqasında çıxış etmək imkanı əldə edib. 

"Beşiktaş" liqi  71 xalla 4-cü pillədə başa vurub.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR