Şriftin ölçüsü / 322 dəfə oxunub

Ukrayna Müstəqil Dövlətlər Birliyi ilə vidalaşır

19 May 2018 [18:51]
Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyinin (MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr imzaladığını bəyan edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

"Bu gün mən Ukrayna nümayəndə heyətinin MDB-nin bütün səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr imzalamışam. Avropa istiqamətində addımladığımızdan bizim orada təmsil olunmağımızın mənası yoxdur", - deyə P.Poroşenko vurğulayıb.

Bir müddət əvvəl P.Poroşenko ölkəsinin MDB-nin əlaqələndirici qurumlarında iştirakını dayandıracağı ilə bağlı açıqlama verib. "Bu MDB-dən çıxmaq anlamına gəlmir, çünki Ukrayna heç vaxt bu quruma daxil oilmayıb", - deyə P.Poroşenko vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də P.Poroşenko hökumətə Ukraynanın MDB-dən rəsmi şəkildə çıxması haqqında sənəd hazırlamağı və bununla bağlı prosedura başlanılması barədə tapşırıq verib. Öz növbəsində aprelin 23-də MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, Ukrayna hələlik MDB-dən çıxacağı ilə bağlı rəsmi şəkildə xəbərdarlıq etməyib.

Ukrayna 1991-ci ilin dekabrında MDB-nin təsis edilməsi ilə bağlı müqaviləni ratifikasiya etsə də təşkilatın nizamnaməsini təsdiqləmədiyindən de-yure MDB üzvü sayılmırdı.(APA)


SON XƏBƏRLƏR