Şriftin ölçüsü / 362 dəfə oxunub

Dövlət Gömrük Komitəsindən “Qərənfil açıqlaması”

19 May 2018 [16:39]

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Dağıstan Gömrük İdarəsinin "Məhərrəmkənd" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən "Mercedes Benz" markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə məlumat yayılıb.

Mia.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bəyan edib ki, 17 may 2018-ci il tarixdə Azərbaycandan Rusiyaya 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib.

"Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan Respublikası vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb. Qeyd edək ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur".




SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...