Ermənistanın yeni xarici işlər naziri Qarabağa gəldi

img

19-05-2018 [16:34]


Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyan mayın 18-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gələrək, Xankəndində qurulan separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb.

Modern.azErmənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağla bağlı xarici siyasətə dair bir sıra məsələlər müzakirə olunub. Mnatsakanyan görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Zöhrab Mnatsakanyan bildirib ki, Bako Saakyanla Qarabağın Ermənistan üçün əhəmiyyətindən danışıb, separatçıların təhlükəsizliyi məsələsini müzakirə edib.

Ermənistanın yeni xarici işlər naziri bəyan edib ki, Dağlıq Qarabağ Ermənistanın diplomatik cəbhədə prioritetlərindən biri olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR