Şriftin ölçüsü / 712 dəfə oxunub

Ləğv olunan bankların müştəriləri kreditlərini belə ödəyəcək

19 May 2018 [16:30]
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların kredit yığımının mərkəzləşdirilmiş qaydada təşkili, kredit yığımlarının operativliyini, şəffaflığını, müştərilərin rahatlığını təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin ölkədə geniş xidmət şəbəkəsi olan Hökumət Ödəniş Portalına inteqrasiyasını təmin edib.

Mia.az xəbər verir ki, ləğv prosesində olan bankların müştəriləri kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında "Əmanətlərin Sığortalanması Fondu” bölməsinə daxil olaraq online qaydada ödənişlərini apara bilərlər.

Ləğv prosesində olan bankların kredit müştəriləri Hökumət Ödəniş Portalının internet resursundan istifadə etməklə, ölkə ərazisində fəaliyyət göstərən bankların 2000-ə yaxın xidmət şəbəkəsində, poçt rabitəsi milli operatorunun 1400-dən çox istənilən ödəniş məntəqəsindən, HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının 1000-dən artıq ödəniş terminalları şəbəkəsindən nağd və ya nağdsız qaydada ödəniş kartları və bank hesabları vasitəsilə kredit borclarının ödənilməsi həyata keçirə bilərlər.



SON XƏBƏRLƏR