Demokratiyanın və Milli Dəyərlərin İctimai Birliyinin dördüncü təlimi keçirildi

img

18-05-2018 [20:19]


Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə başladığı layihə çərçivəsində Bakı şəhəri 64 saylı tam orta məktəbdə keçirilən "Məktəblərdə şagirdlər arasında vətənpərvərlik hissinin aşılanması istiqamətində sinifdənxaric fəaliyyətin təşkili” mövzusunda həyata keçirilən layihənin növbəti mərhələsini Şəhidlər Xiyabanında reallaşdırdı.

Təlim Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlandı. İlk söz alan layıhə rəhbəri, İctimai Birliyin sədri Əli Cəfərov sagirdləri salamladıqdan sonra bir daha layihənin məqsəd və vəzifələri haqqında onlara qısa məlumat verərək bildirdi ki, yaşadığımız dövrdə yeniyetmə gənclər arasında sağlam həyat tərzi keçirməyən, təhsildən, eləcə də milli-mənəvi dəyərlərimizdən uzaq düşən kifayət qədər gənclərimiz vardır. Bunun nəticəsidir ki, yetişməkdə olan gənc nəsil arasında vətən sevgisi hissləri çox aşağı səviyyədədir. Onlar Milli Qəhrəmanlarımız, eləcə də 20 Yanvar Şəhidlərimiz haqqında çox səthi biliklərə malikdirlər: Daha sonra layıhə rəhbəri bildirdi ki, o, şagirdlər qarşısında "növbəti təlimi müqəddəs and yerimiz Şəhidlər Xiyabanında davam etdirəcəyik” deyə onlara vəd verib. Onun nəticəsidir ki, hazırda bu təlim məhz şəhidlərimizin məzarları önündə baş tutub.
Sonra çıxış üçün söz təlimçi Cavid Cəfərzadəyə verildi. Təlimçi uşaqlara Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın həyatından bəhs edərək onların necə mübariz, qəhrəman oğul və qızlar olduqlarını təlim iştirakçılarına çatdırdı. Uşaqlar açıq havada şəhidlərimiz haqqında geniş məlumata yiyələnmiş oldular. Şagirdlər şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeir parçalarını dilə gətirdilər, şəhidlərin əziz ruhlarını bir dəqiqəlik sükutla yad etdilər. Onlar müqəddəs şəhid məzarlarına qırmızı qərənfillər qoyaraq onlara sevgi hisslərini nümayiş etdirdilər. Uşaqlar bir daha anladılar ki, bu xiyabanda uyuyan qəhrəmanlar bizim keçimişimizin və gələcəyimizin əbədi keşikçiləridir. Təbii ki, sözün bütün mənalarında.
Daha sonra təlimçi Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızı örnk göstərərərək bütün tarix boyu bu vətən uğrunda canlarını fəda edən digər qəhrəmanlarımızın həyatından da bəhs etdi. İlham və Fərizə, məktəbli İlqardan, Larisadan misallar gətirərək qəhramanlarımızın həyatından nümunlər dilə gətirdi. Bildirdi ki, bu gün İlham və Fərizənin sevgisi bütün Azərbaycanda insanların inam yeri, düşüncə mənbəyidir. Onlar hər zaman bizlərin qəlbində, könlündə məskən salmışdır. Biz gənc nəslə bunları aşılamaqla tariximizi, mədəniyyətimizi, irsimizi qorumuş oluruq. Həmçinin Cavid müəllim xüsusi vurğuladı ki, ey gənclik, sizlər də gələcəkdə bu qəhrəmanlarımızı, bu qəhrəmanlıq salnaməmizi unutmamalı və gələcək nəsillərə onlar barədə müfəssəl danışmalısınız.

Təlim zamanı şagirdlər həmçinin Qarabağ savaşında canlarını fəda edən şəhidlərin də məzarını ziyarət etdilər. AXC zamanı Bakının erməni işğalçılarından azad edən türk əsgərlərinin şərəfinə ucadılmış abidəni ziyarət edərək türk əsgərlərinin misilsiz qəhrəmanlıqları barədə məlumat aldılar. Həmçinin şagirdlər milli qəhrəmanlarımızın məzarı önündə bədii kompozisiya göstərdilər. Çingiz Mustafayevin, Əlif Hacıyevin, Ramiz Qəmbərovun və digər qəhrəmanlarımızın məzarı önündə çıxış etdilər. Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bildirən təlimçi Cəfərzadə Cavid sonda bildirdi ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə Qarabağ problemində də bizə öz dəstəyini əsirgəmir.

Müzakirələrdən sonra təlimçi bir daha bildirdi ki, Qarabağ dünənin, bu günün, sabahın problemidir. Bu mövzuda təlimlərin, tədbirlərin orta məktəblərdə təbliği uşaqlarda Vətənə, ətraf mühitə, ailəyə, cəmiyyətə sevgi hisslərini aşılayır, bununla yanaşı onları şəxsiyyətyönümlü bir vətəndaş kimi formalaşmağa sövq edir.




Digər xəbərlər
SON XƏBƏRLƏR