18-05-2018 [14:45]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun məhkəməsi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib.
Onlar mülki iddialarının olmadığını bildiriblər. Bir zərərçəkmiş isə məhkəməyə ərizə göndərərək şikayəti olmadığını qeyd edib.
Prokuror çıxış edərək ittiham aktını elan edib. Belə ki, A. Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul almaqda ittiham olunur. A. Abbasov özünü qismən təqsirli bildiyini deyib: "Ola bilər kimisə səhvən hədələmişəm".
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov deyib ki, A.Abbasov ona zəng edərək onu şantaj edib: "Dedi katibəmlə mənim haqqımda elə şeylər yazacaq ki, bütün Gəncədə biabır olacam. Mən də əməkdaşımıza 300 manat verdim, Azər müəllimin adına göndərdi. Pulu ödəməyib, amma istəmirəm də. Şikayətim yoxdur".
Hakim bildirib ki, Z. Hüseynov özü bir neçə dəfə A. Abbasova zəng edərək uzun müddət danışıb. Z. Hüseynov isə yaddaşında problemlər yarandığını və xatırlamadığını deyib.
Sabunçu rayonunda yerləşən 210 saylı orta məktəbin direktoru Rəsmiyyə Quliyeva deyib ki, A. Abbasov ona zəng edərək müəllimlərdən pul yığdığı deyərək hədələyib: "Konvertin içinə 200 manat qoyub göndərdim. İndi heç bir şikayətim yoxdur".
A. Abbasov isə deyib ki, R. Quliyeva onu düz başa düşməyib: "Mən o pulu dost kimi xahiş etdim".
Beyləqan rayon xəstəxanasının baş həkimi Əli Məmmədov deyib ki, "İrəvan Press" qəzetində xəstəxana haqqında bir neçə məqalə yayımlanıb: "Yazmışdılar ki, dövlət hesabına verilən dərmanlar mənimsənilir. Sonra zəng edib davamını yazmamaq üçün pul istədilər, poçtla 200 manat göndərdim".
A. Abbasov qəzeti tək çap etdirdiyini, jurnalisti olmadığını deyib.
Neftçala rayon Maliyyə İdarəsinin müdiri Rəşid Manafov şantaj etdiyi üçün A. Abbasova 150 manat göndərdiyini deyib.
Qax rayonu Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov deyib ki, qəzetdə onu "yezid" kimi təqdim edən məqalə çap olunub: "Sonra Azər zəng edib pul istədi, poçtla 200 manat göndərdim".
Rəsmi açıqlamaya görə, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalar nəticəsində "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "İrəvan Press" qəzeti və saytının redaksiyası Azərbaycan Nəşriyyatında yerləşir. A. Abbasov özünü Azər Naxçıvani kimi təqdim edib.
A. Abbasov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb