Sahil Babayev 4 DSMF müdirini işdən çıxardı - Əjdər Cəbiyevin qardaşı da "vuruldu"

img

17-05-2018 [10:04]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir.

Mia.az-a daxil olan məlumata görə, S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.

Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır. 

Bundan əlavə, Nazirlikdə aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.

Mia.az-a daxil olan digər məlumata görə, S.Babayevin əmri ilə işdən çıxarılan ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinin müdiri Əlibarat Poladov Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladovun qardaşıdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR