Bu il Azərbaycanda 44 minə yaxın yeni iş yeri açılıb - RƏSMİ

img

16-05-2018 [15:12]


2014-cü ilin yanvarın 1-dən 2018-ci ilin aprelin 1-dək olan dövr ərzində ümumilikdə 765,0 min olmaqla 565,2 min daimi iş yerləri yaradılıb.

Bu barədə Mia.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin I rübü ərzində ölkədə 43,8 min yeni, o cümlədən 34,8 min daimi iş yerləri açılıb.

Bu dövrdə yaradılan iş yerlərinin 59,6 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 35,5 faizi Bakı şəhərinin, 1,4 faizi Naxçıvan Muxtar Respublikasının, 63,1 faizi regionların, o cümlədən 16,2 faizi Aran, 11,3 faizi Gəncə-Qazax, 10,3 faizi Lənkəran, 6,6 faizi Abşeron, 6,4 faizi Yuxarı Qarabağ, 4,1 faizi Quba-Xaçmaz, 4,0 faizi Şəki-Zaqatala, 3,9 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,5 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 38,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 51,8 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Bu il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 37,1 min nəfər olub, onların 36,6 faizini qadınlar təşkil edib. İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 354,2 manat olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:14 22.04.2024

Sabah yağış yağacaq