15-05-2018 [00:54]
Qoç - yaşamdan həzz alın, dəyişə bilməyəcəyiz situasiyalara görə bədbinliyə qapılmayın. Süst və tənbəllik etməyin. Aktiv və təşəbbüskar olsanız, işlərdə nailiyyətlər qaçılmazdır.
Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Çoxdan bəri almaq istədiyiniz əşyaya və ya məhsula yiyələnə bilərsiniz.
Bədxərclik etməyin.
Buğa - peşəkar fəaliyyətinizlə bağlı yeniliklər və ya dəyişikliklər ola bilər. Canınızı boğaza yığan, əsəblərinizi gərən iş yerini daha maraqlı, sərfəli işə dəyişmək imkanı yaranır. Şansı əldən verməyin.
Günün ikinci yarısında önəmli hadisə yaşana bilər. Nüfuzlu və hadisələrə təsir imkanlarına malik insanla tanış olacaqsınız.
Axşam saatlarına yaxın yaşam potensialının səviyyəsi bir qədər aşağı düşəcək. Özünüzü çox yormayın.
Əkizlər - səhhətinizdə yaranmış problemi həll etməyə tələsin. Lakin qarşınıza çıxan ilk həkimə inanmayın. Düşünülməmiş addım atmayın - sağlamlığınızı peşəkara etibar edin. İlkin diaqnoz sizi qorxutmasın. Unutmayın ki, həkimlər arasında - təəssüflər - peşəkarlıqdan çox uzaq adamlar az deyil.
Günün ikinci yarısında bəzi problemləri həll edə biləcəksiniz. Ailədəki çətinlik aradan qalxır. Fəndgir və çevik olsanız, gözləniləndən daha artıq gəlir əldə edə bilərsiniz. Yaxınlarınızla münasibətlərinizdəki münaqişəni çözün. Həssas və qayığkeş olmağa çalışın.
Xərçəng - həllini uzun müddətdən bəri təxirə saldığınız bəzi məsələləri çözmək zamanıdır. Yeni tanışlıqlar olacaq. İşgüzar təkliflər alacaqsınız. Qərar verməyə tələsməyin.
Günün ikinci yarısında dostlarla və işgüzar tərəfdaşlarla görüş olacaq. Şəxsi münasibətlərdə laqeyd, hərdəmxəyal olmayın. Belə davranış sevdiyiniz insanı pərişan edə bilər.
Daha çox pul qazanmağın yollarını arayanda avantüraya baş vurmayın. Riskli işləri götür-qoy edin, səbatlı addım atın.
Şir - səhər saatlarından etibarən aktiv olun. Şəxsi münasibətlərdə çətinliklər yaranacaq. Dəyər verdiyiniz insanla münaqişəyə yol verməmək üçün sakit, soyuqqanlı olun. Hirslənsəniz belə, emosiyalarınıza nəzarət edin.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsində önəmli yenilik olmayacaq. İşdə kadr dəyişiklikləri yoxdur. Rasionunuza fikir verin. İzafi çəkidən qurtulmağı düşünməyin vaxtı çatmayıbmı?
Axşam saatlarında kompüter qarşısında çox vaxt keçirməyin. Mobil telefona saatlarınızı qurban verib gözlərinizdə yorğunluq yaratmayın.
Qız - çətin, qarışıq, laübəli gündür. Emosional durumunuz depressiya ilə nəticələnməsin. İndiki problemlərin də bir sonu olacaq və onlar gerildə qalacaq. Vəziyyətinizə şükr edin, ətalətə qapılmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdəki donuqluğu aradan qaldırın. Sevdiyiniz insanın çətinliyini qulaqardına vurmayın.
Sizi tərifləyən insanların bəziləri səmimi, bəziləri isə riyakardır. Bunu bilin.
Tərəzi - genişmiqyaslı, önəmli layihəyə başlamağın zamanıdır. Etibar etdiyiniz tərəfdaşla, inandığınız insanla çalışın. Yeni əməkdaşlıq təkliflərini ciddi götür-qoy edin. Tamahınıza əsir olaraq tələsik qərar verməyin.
Günün ikinci yarısında uzunmüddətli səfərə çıxmayın. Problemləri yerindəcə həll etməyə çalışın. Şəxsi münasibətlərdə həddən artıq güzəştə gedərək buyruq quluna çevrilməyin. Mənasız qurbanlar gərək deyil, çünki onlar qiymətləndirilməyəcək.
Əqrəb - arzulardan, xəyallardan qorxmayın. Qarşınıza qoyduğunuz məqsədə doğru inadla addımlayın. Cəsur planlarınızdan bəziləri reallığa çevrilə bilər.
Yalandan, dezinformasiyadan özünüzü qoruyun. Bədxahların şərəfsizliyinə təmkin və soyuqqanlı şəkildə cavab verin. Hədsiz humanizm təslimçilikdir. Fatuma kor-koranə inanıb, tərki-dünya fikirlərə qapılmayın. Həyatı bir dəfə yaşayırsınız və haqqı nahaqqa qurban verərək zalımın qarşısında susmayın.
Günün ikinci yarısında şirin dillərə, cazibədar vədlərə inanmayın. Yaxın ətrafınızdakı insanların təzyiqi altında qərar qəbul etməyin. Yüz ölçüb, bir kəssəniz, işlərinizdə uğur qazanacaqsınız.
Oxatan - peşəkar fəaliyyət müstəvisində böyük uğurlara bel bağlamayın. İşdə rəhbərlikdən tərif və ya mükafat gözləməyin. Tənqid edilməsəniz, töhmət almasanız, artıq yaxşıdır.
Yeni tərəfdaşlıq üçün əlverişli zamandır. Hesablamalarda və sənədləşdirmə işlərində diqqətli olun.
Günün ikinci yarısında aktiv çalışın. Əyləncə və istirahəti təxirə salın. Ailə qayğılarını, yaxınlarınızın problemlərinin həllini unutmayın.
Sevdiyiniz insana dəyər verin.
Oğlaq - çoxdan bəri yarımçıq qalan, həlli sürəkli ertələnən probelmin çözülməsi üçün əlverişli zamandır. Həddən artıq çalışmayın. Əks təqdirdə faydalı iş əmsalınız aşağı düşəcək, rutin və cari işlərin öhdəsindən çətinliklə gələcəksiniz. Əlavə iş, sifarişlə razılaşmazdan əvvəl qüvvənizi, potensialınızı dəqiq qiymətləndirin.
Günün ikinci yarısında sağlam məntiqi hisslərə qurban verməyin. Təmkinli və soyuqqanlı olun. Hansısa qərar verməzdən əvvəl situasiyanı yaxşıca nəzərdən keçirin. Yaxın ətrafınızdakı insanlardan birinin qayğılı görkəminin səbəbini anlamağa çalışın.
Axşam saatlarında normal istirahət edin.
Dolça - qəfil hadisələrin sizin üçün xoşagəlməz sürprizlərə çevrilməsinə imkan verməyin. Mühüm problemin həllinin variantları nə qədər çox olarsa, çözüm şansı bir o qədər artır. Sevdiyiniz insanın davranışında anlaşılmaz məqamları sezəndə "istintaq"a başlamayın. Heç bir səbəb olmadan münaqişə yaratmamaq üçün soyuqqanlı davranın, hisslərinizi cilovlayın.
Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Maraqlı təklif və ya əməkdaşlıqla bağlı sorğu, yeni iş üçün sifariş olarsa, gəlir imkanını əldən verməyin.
Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, nisyəyə aldanmayın.
Balıqlar - işdə problemlərin yaranmasına imkan verməmək üçün özünüzü hər sahədə peşəkar kimi göstərməyə çalışmayın. Bacardığınız işi görün. Yalanın ömrünün qısa olduğunu unutmayın. Aqressiv və sərt davranmayın - əks təqdirdə yaxınlarınızdan, dostlarınızdan biri ilə mübahisə qaçılmazdır.
Təşəxxüslü, eqoist olmayın.
Günün ikinci yarısında vədlərinizi yerinə yetirin. Yorulubsunuzsa, bir qədər dincəlin.
Axşam saatlarını kompüter və ya televizor qarşısında keçirməyin.
Divan oturmaq üçündür...
Milli.Az
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia