“Əgər sən bir saat özünü idarə edə bilmirsənsə, efirdə nə işin var?" – Seymur Verdizadə

img

14-05-2018 [23:55]


Tanınmış jurnalist Seymur Verdizadə bu gün Space TV-də efirə gedən "Yerimdəyəm” verilişinin qonağı olub. 

Mia.az xəbər verir ki, əməkdar artist Çingiz Əhmədovun təqdim etdiyi veriliş şok açıqlamalarla gündəmə öz möhrünü vurub.

Telekanallarda efir mədəniyyətinin müzakirə olunduğu verilişdə tənqidi fikirlər səsləndirilib. 

Jurnalist Seymur Verdizadə deyib ki, təsadüfi adamların efirə yol tapması telekanalların nüfuzunu aşağı salıb: "Şəxsən məm sarımsaq, soğan yeyib efirə gələn adamlar görmüşəm. Bir dəfə efirə çıxan şəxs elə bilir ki, Azərbaycanda ondan ağıllı adam yoxdur. Halbuki belə deyil. Azərbaycanda məndən yüz dəfə yaxşı jurnalist var. Azərbaycanmda Aşıq Namiqdən, Aşıq Mübarizdən iki yüz dəfə yaxşı aşıq var. Biizm ölkəmizdə Elariz Məmmədoğludan üç yüz dəfə yaxşı müğənni var. Tale elə gətirib ki, biz digər həmkarlarımızla müqayisədə efirə daha çox çıxırıq. Ona görə yox ki, hamıdan ağıllıyıq. Həm də ona görə ki, ağıllı adamların daha vacib işləri var. Efirə tez-tez çıxmağımız, populyar olmağımız bizdə arxayınçılıq yaratmamalıdır. Əksinə, bu, biizm məsuliyyətimizi daha da artırmalıdır. Başa düşməliyik ki, ekran qarşısında əyləşən şəxslərin arasında bizdən yüz dəfə ağıllı, savadlı adamlar var”.

S.Verdizadə deyib ki, televiziya aparıcıları dostbazlıq, qohumbazlıq edir, şəxsi münasibətləri əsas götürərək öz verilişlərinə savadsız, səviyyəsiz adamları dəvət edirlər: "Adam var ki, efirdə ayağını ayağının üstünə aşırıb oturur. Adam var ki, efirdə qarnını qaşıyır, burnunu qurdalayır. Əgər sən bir saat özünü idarə edə bilmirsənsə, efirdə nə işin var? Xaçmazda çiyələyin bir kiloqramı 4 manatdır. Get, çiyələk ək, kartof becər”.

Jurnalist bildirib ki, savadsız, səviyyəsiz adamlar efirdə xalqa dərs keçməkdən çəkinmirlər. S.Verdizadə deyib ki, ən böyük mədəniyyət insanın susmağı bacarmasıdır.: "Özünü ekspert hesab edən adamların çoxu müzakirə olunan mövzu barədə məlumatsız olurlar. Amma buna baxmayaraq, dil-boğaza qoymur, təkcə ağıllarına deyil, həm də ağızalarına gələni danışırlar. Efiri bu adamların üzünə qapatmaq lazımdır. Hər kəs öz işi ilə məşğul olmalıdır”.

Verilişin digər qonağı, Aşıq Əhliman jurnalistlə həmrəy olduğunu deyib. Aşıq Əhliman qeyd edib ki, Azərbaycan tamaşaçısı ağıllıdır, savadlıdır. Onu aldatmaq istətyən şəxslər özlərini gülünc vəziyyətdə qoyurlar.



Digər xəbərlər
SON XƏBƏRLƏR