“Lotu Quli” Türkiyəni tərk etdi

img

13-05-2018 [09:59]


Cinayət aləmində "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifov Türkiyəni tərk edib.

Mia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rosbalt” məlumatlı mənbələr əsasında informasiya yayıb.

Mənbə onun Türkiyədən getməsini, Antalyada "qanuni oğru” Qayoza Zviadadzenin qətli ilə bağlı aparılan istintaqla əlaqələndirir."Rosbaltın” müsahibi Nadir Səlifovun İstanbuldan təyyarə ilə Birləşmiş Ərəb Əmirliyinə uçduğunu və onun bir müddət körfəz ölkəsində qalmağı planlaşdırdığını söyləyib.

İddiaya görə, o, tanışlarına səfərin "həm ziyarət, həm ticarət” məqsədi daşıdığını, bir yandan orada dincələcəyini, digər yandan Əmirlikdə öz fəaliyyəti üçün yeni perspektivləri araşdıracağını bildirib.

Habelə "Rosbalt”a görə, qarət və hədə-qorxu gəlməklə pul qoparmaqda ittiham olan Səlifov barədə eyni vaxtda iki Rusiya məhkəməsi – Samara və Moskvanın Presnensk məhkəmələrinin həbs qərarı çıxardığını nəzərə aldıqda, onun B.Ə.Ə səfərinin sadəcə istirahət məqsədi daşıdığı inandırıcı deyil.

Buna baxmayaraq "Lotu Quli” hələ ki, İnterpolun xətti ilə beynəlxalq axtarışa verilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR