Şriftin ölçüsü / 287 dəfə oxunub

Əfqan Muxtarlı 16 saylı cəzaçəkmə müəssisəsinə etap olundu

12 May 2018 [16:49]

Həbsdə olan jurnalist Əfqan Muxtarlı Penitensiar Xidmətin Ramana qəsəbəsi Samir Əliyev küçəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisənə köçürülüb.

Bu haqda "Basta”ya Samir Əsədli məlumat verib. O, bildirib ki, Əfqan Muxtarlı bir neçə gün karantində saxlandıqdan sonra baraka köçürüləcək.

Əfqan Muxtarlı 2017-ci ilin mayın 29-da yaşayış icazəsi aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunub.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bu ilin yanvarında o, məhkəmənin hökmü ilə 6 il həbs cəzası alıb.

Əfqan Muxtarlı ittihamları rədd edərək, həbsini "siyasi sifariş” adlandırıb.




SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...