Hesablama Palatasının 2017-ci il hesabatı Milli Məclisə daxil olub - Rəsmi

img

11-05-2018 [12:46]


Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti barədə Azərbaycan Respublikası Milli Məclisinə daxil olub.

Bu barədə Mia.az-a palatanın mətbuat xidmətindən məlumat verilib. 

Hesabatda göstərilir ki, 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10992,9 mln. manat vəsait əhatə olunmuşdur ki, bunun 22,9%-i dövlət büdcəsinin xərcləri, 4,4%-i büdcədənkənar fondların vəsaitləri, 0,09%-i Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4%-i beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2%-i isə digər mənbələrdən ayrılan vəsaitlərdir. Qeyd olunur ki, hesabat ilində aparılmış auditlərlə yanaşı müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılmış, təhlillər nəzərə alınmaqla nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə 2,0 dəfə çox olmuşdur.

Azərbaycan Respublikası Hesablama Palatasının Milli Məclisin müzakirəsinə təqdim etdiyi 2017-ci ildə fəaliyyəti barədə Hesabatından məlum olur ki, 2016-cı ildən başlayaraq büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən təqdim edilmiş hesabat və məlumatların təhlili aparılır.
Palatanın 2016-cı ilin dövlət büdcəsinin icrası üzrə tərtib edilən Rəyində büdcənin icrası ilə bağlı hesabat məlumatlarının və qurumların vəsaitlərin istifadəsinə dair təqdim etdikləri məlumatların müqayisəsini təmin etmək məqsədilə həyata keçirilən 117 qurum üzrə hesabat məlumatların təhlili 10,5 lən mlrd. manata yaxın məbləği və ya 2016-cı il dövlət büdcəsi xərclərinin 59,0%-ni əhatə etmişdir.


Yaxın günlərdə Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti barədə Hesabat Azərbaycan Respublikası Milli Məclisində müzakirə olunacaq.

Hesabatda 2017-ci ildə Palataya poçt, elektron poçt, teleqram və faks vasitəsi ilə 288 vətəndaş müraciəti - 47 ərizə, 82 şikayət, 159 təklif daxil olduğu, bunun ötən dövrlə müqayisədə 14,3% az olduğu göstərilir.

Vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9 % artmışdır. Sosial məsələlər ilə bağlı 62 ( 2016-cı il illə müqayisədə 10,7 % çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılmış, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı olan müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara göndərilmişdir. Audit tədbirlərinin keçirilməsi ilə bağlı daxil olmuş müraciətlərə cavab olaraq vətəndaşlara Hesablama Palatasının İş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılması mümkünsüzlüyü və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə İş planlarında nəzərə alınacağı barədə məlumat verilmişdir.

Həmçinin, daxil olan 54 müraciət üzrə vətəndaşlara müvafiq izahat verilmiş, 205 müraciətdə qeyd edilən məsələlər Hesablama Palatasının fəaliyyətinə aid olmadığı üçün aidiyyəti təşkilatlara göndərilmiş və bu barədə müraciət edənlərə yazılı məlumat verilmiş, 6 müraciət müvafiq qaydada həll edilmiş, 23 müraciət isə anonim və məlumat xarakterli olduğu üçün baxılmamış saxlanılmışdır. Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən Hesablama Palatasına daxil olan müraciətdən 83-ü eyni məzmunlu təkrar müraciətlərdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR