İcra başçısı İzmit bələdiyyəsinin nümayəndələrini qəbul edib (FOTOLAR)

img

11-05-2018 [11:00]


Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Bakı şəhəri Nəsimi rayonunda səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndələrini rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəbul edib.

Mia.az xəbər verir ki, Görüşdə İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit bələdiyyəsinin digər nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə sədri, rayonun ictimaiyyət nümayəndələri iştirak edib.

İlk öncə qonaqları salamlayan rayon İcra Hakimiyyətinin başçısı Ulu öndərin Azərbaycan xalqının bu günki əmin-amanlıq şəraitində xoşbəxt yaşaması üçün misilsiz xidmətlərindən danışıb. Heydər Əliyev tərəfindən dost və qardaş Azərbaycan və Türkiyə xalqları arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və inkişafı üçün etibarlı təməlin qoyulduğunu qeyd etdi. Bu təməl üzərində Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan hazırda ölkələrimizin və xalqlarımızın tərəqqisi üçün zəruri tədbirləri uğurla həyata keçirdikləri vurğulanıb. Asif Əsgərov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışıb. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan danışıb.

Görüşdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri, Kocaeli Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar, İzmit Bələdiyyəsinin sədr müavini Güray Oruc çıxış edərək Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhər Nəsimi bələdiyyəsi arasında mövcud olan qardaşlıq münasibətləri zəminində son illər əlaqələrin genişlənməsindən danışıblar. 2015-ci ilin sentyabr ayında ikitərəfli niyyət protokolunun imzalandığı, 2016-cı ilin iyul ayında İzmit Bələdiyyəsinin Bakıda səfərdə olduqları, 2017-ci ilin fevral ayında Türkiyənin İzmit Bələdiyyəsi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasiminin təşkil edildiyi, 2017-ci ilin dekabr ayında Ulu öndərin anım tədbirlərində Türkiyə Respublikasının İzmit Bələdiyyəsi nümayəndə heyətinin iştirak etdiyini qeyd ediblər.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR