11-05-2018 [10:32]
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbərliyi Mərakeş Krallığının Azərbaycandakı səfirliyində olub.
Mərakeş Krallığının Azərbaycandakı səfiri Mohamed Adil Embarx BMAM sədri Rufiz Qonaqovla görüşdən məmnunluğunu ifadə edib.
Mərakeşli diplomat Azərbaycanla ölkəsi arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıb. Səfir Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Mərakeş olduğunu və o vaxtdan indiyə qədər diplomatik münasibətlərin uğurla davam etdiyini vurğulayıb. Mohamed Adil Embarx iki dost ölkə Mərakeş-Azərbaycan arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı tərəfdaşlıq əlaqələrindən danışıb. Uzun illərdir uğurla davam edən diplomatik münasibətlərin iki müsəlman ölkənin bir-birinə olan etimadı kimi qiymətləndirib. Səfir öz ölkəsi üçün də vacib olan ərazi bütövlüyü və suverenlik məsələlərinə də toxunub. Azərbaycan-Ermənistan münaqişəsinin tezliklə və sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını arzuladığını bildirib.
Görüş zamanı Rufiz Qonaqov ümummili lider Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gənc dövlət kimi qısa bir zamanda beynəlxalq aləmdə böyük nüfuz qazandığını qeyd edib. Mərkəz barəsində Mərakeşli diplomata geniş məlumat verən Rufiz Qonaqov Mərakeşlə Azərbaycan əlaqələrinin vətəndaş cəmiyyəti sahəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. BMAM rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov Mərakeş səfriliyi ilə əməkdaşlığın müxtəlif sahələrdə vətəndaş cəmiyyətləri səviyyəsində davam etdirilməsini təklif edib. Rufiz Qonaqov may ayında ölkəmizdə keçiriləcək mühüm tədbirlər barəsində danışıb. Azərbaycanda təşkil olunan bu tədbirlərin gələcəkdə Mərakeşdə keçirilməsinin əməkdaşlıqda əhəmiyyətli ola biləcəyini vurğulayıb.
Mərakeş Krallığının ölkəmizdəki səfiri Mohamed Adil Embarx qarşılıqlı diplomatik münasibətlərin qurulmasında maraqlı olduğunu bildirib.
Görüşdə birgə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı razılaşma əldə olunub. Görüşün sonunda Rufiz Qonaqov səfir Mohamed Adil Embarxı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinə dəvət edib.
BMAM Mətbuat Katibi Aysel Abbasova
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)