Rauf Talışinski dəfn olundu - "Qurd qapısı" qəbirstanlığında

img

09-05-2018 [15:37]


"Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski dəfn olunub.

Mia.az "Report"a istinadən xəbər verir ki, tanınmış jurnalist bu gün Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Talışinskinin yaxınları ilə yanaşı, dostları, mətbuat və ictimaiyyət nümayəndələri də iştirak edib.

Qeyd edək ki, R.Talışinski ötən gün 62 yaşında vəfat edib. O, infarkt keçirib və dünyasını dəyişib.

R.Talışinski 16 noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.

R.Talışinski 27 Yanvar 2001-ci ildən "Exo” qəzetinin baş redaktoru idi. R.Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin! 

Digər xəbərlər
SON XƏBƏRLƏR