Akif Çovdarovun oğlu və ailəsi apellyasiya şikayəti verib

img

08-05-2018 [16:39]


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Prosesdə anket məlumatlar dəqiqləşdirilən zaman məlum olub ki, A. Çovdarovun oğlu Ruslan Çovdarov da apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

A. Çovdarovun ailəsinin vəkili bildirib ki, R. Çovdarova məxsus əmlakdan axtarış zamanı 10 min manata yaxın pul vəsaiti götürülüb.

R. Çovdarov apellyasiya məhkəməsinə müraciət edərək, bu vəsaitin ona qaytarılmasını istəyir.

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR