08-05-2018 [12:52]
Bakıda hər il ənənəvi olaraq keçirilən Aİ-Azərbaycan Biznes Forumu bu il 5 iyun tarixində baş tutacaq. Avropa və Azərbaycan şirkət nümayəndələri və rəsmiləri ölkədə həyata keçirilən son iqtisadi islahatlar və bir sıra mühüm sənaye sahələrindəki inkişaf ilə bağlı müzakirələr aparacaq.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə əməkdaşlığı ilə Azərbaycan və Avropa şirkətlərini və digər maraqlı tərəfləri qarşıdan gələn 5 iyun 2018-ci il tarixində keçiriləcək Aİ-Azərbaycan Biznes Forumunda iştirak etməyə dəvət edir. Forum Bakı şəhərində, JW Marriott Absheron Hotelində keçiriləcək. Biznes Forum Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim edəcək və biznes liderləri, investorlar, hökumət nümayəndələri və siyasət formalaşdıran digər şəxslərdən ibarət təxminən 500 yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək.
İştirakçıları mövcud biznes imkanları və çətinliklər barədə dialoqa cəlb etmək məqsədilə mühüm sektorlardan olan Kənd Təsərrüfatı və Qida, Tikinti və Maşınqayırma, Nəqliyyat və Logistika, İKT və Elektron Ticarət sahələri ilə bağlı panel müzakirələri təşkil olunacaq. Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas hər il keçirilən Biznes Forumun məqsədi ilə bağlı qeyd edib: "Son illərdə Azərbaycan hökuməti iqtisadi islahatların həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Biznes Forum bu nailiyyətlərə və hələ də mövcud olan çətinliklərə nəzər yetirilməsi, Aİ və Azərbaycandan olan bütün maraqlı tərəflərin fikir və təcrübələrinin paylaşılması və yeni biznes əlaqələrinin yaradılması üçün unikal imkanlar təqdim edir.”
Aİ ölkələrinin Azərbaycandakı Ticarət Palataları və innovativ start-up şirkətləri tədbirin keçiriləcəyi məkanın qəbul zalında özlərini təqdim edəcəklər. Azərbaycan və Aİ şirkətləri yeni biznes əlaqələri yaratmaq məqsədilə ikitərəfli görüşlər (B2B) keçirmə imkanı əldə edəcəklər.
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib