Şriftin ölçüsü / 445 dəfə oxunub

Prezidentin köməkçisi sosial şəbəkə üzvlərinin sayını açıqladı - 3 milyon nəfərdən artıqdır

07 May 2018 [16:55]

"Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub”.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin ictimai-syiasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumıuna xəbərdarlıq edərək qəzet yarada bilər: "Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istfiadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-in sayı isə 5 min 100-ə çatıb. Prezident İlham Əliyev hesab edir ki,ölkədə siyasi islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır”.



SON XƏBƏRLƏR
12:45 13.07.2018
Şeyx Kralla görüşdü