Şriftin ölçüsü / 670 dəfə oxunub

"O, Azərbaycan teatrında, kinosunda sütun idi..." - Fuad Poladov dəfn olundu + Açıqlamalar

05 May 2018 [15:13]
Azərbaycanın xalq artisti Fuad Poladov dəfn olunub.

APA-nın xəbərinə görə, mərhum sənətkarla vida mərasimi başa çatandan sonra cənazə namazı qılınıb.  

Fuad Poladov Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

APA-nın xəbərinə görə, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq artsidi Rasim Balayev Fuad Poladovun itkisinin onun üçün çox ağır olduğunu deyib: "Böyük sənətkarımızı itirdik. Fuad Poladov Azərbaycan teatrında, kinosunda sütun idi. Bu gün o sütunu itirdik. Bizim teatr və kino sahəsində onun ağılasığmaz zəhmətləri var. Poladov dahi şəxsiyyət kimi yetişmişdi. O sənət aləmi ilə bağlı danışan bəzi ağzıgöyçəklərin cavabını verirdi. Fuad Poladov göstərdi ki, bu sənətdə uğura nail olub, şəxsiyyətini qorumaq mümkündür".

 Xalq artsiti Fəxrəddin Manafov Fuad Poladovun onun üçün hər zaman örnək olduğunu bildirib: "Çox ağır gündür. Onun kimi sənətə fədai kimi yanaşan sənətkarı fikrimə gətirə bilmirəm. Onu hamımız çox istəyirdik. Fuad Poladovun itkisi bütün Azərbaycan üçün ağırdır. Ruhu şad olsun". 

Xalq artisti Hacı İsmayılov isə deyib ki, Fuad Poladov kimi aktyorun yetişməsi üçün vaxt, zaman lazımdır: "Onun vəfatı xəbəri bütün sənət adamlarını sarsıdıb. Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi adından Fuad Poladovun yaxınlarına, ailəsinə və sənət ictimaiyyətinə başsağlığı veririk. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Fuad Poladov Akademik Milli Dram Teatrının səhnəsində çox gözəl obrazlar yaradıb, bu obrazlar hər kəs tərəfindən sevilib".


SON XƏBƏRLƏR