Nazirlik bələdiyyə sədrini 2000 manat cərimələdi

img

04-05-2018 [10:07]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının keçirdiyi reyd zamanı Hacıqabul rayonu Nəvai qəsəbəsi ərazisində əmələ gələn məişət tullantılarının qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun idarə olunmadığı və qeyri-mütəşəkkil atıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, faktla bağlı Nəvai bələdiyyəsinin sədri Səmayə İsmayılova barəsində protokol tərtib olunub. Bələdiyyə sədrinin vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilməsi üçün zəruri tədbirlər görülür.

Tullantıların qısa vaxt ərzində təmizlənib, ümumrayon məişət tullantısı yığım yerinə daşınması üçün S.İsmayılovaya icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR