“Küçə adamları efirdədir...” - Rasim Balayev telekanalları sərt tənqid etdi

img

04-05-2018 [09:59]


"Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadı”.

Mia.az xəbər verir ki, bu sözləri xalq artisti Rasim Valayev "Yeni avaz”a müsahibəsində deyib.Tanınmış aktyor televiziyalardan şikayətlənib, efirə çıxan məşhurları sərt bir şəkildə tənqid edib:

"Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir. Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?”



Digər xəbərlər
SON XƏBƏRLƏR