Nəsimidə Heydər Əliyevin 95 illiyi qeyd olunub

img

03-05-2018 [22:55]


M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Mi.az xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.

Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov, Eldar İbrahimov, Hadı Rəcəbli, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Çingiz Qənizadə, Sevinc Hüseynova ,Vahid Əhmədov, Cavanşir Paşazadə, Elman Nəsirov, Mahir Aslanov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak ediblər.

Xalq artisti Mənsum İbrahimovun, əməkdar artistlər Zakir Əliyevin, İlqar Muradovun, Cahangir Qurbanovun, tanınmış incəsənət nümayəndələri - Rövşən Əzizin, Pərviz Qasımovun, Rəşad İlyasovun, Fəridə Hüseynovanın, Səbinə Ərəblinin, Ayşən Mehdiyevanın, Sərxan Bünyadzadənin və digərlərinin ifaları, xüsusilə əməkdar artist Anar Şuşalının ifasında Sevil Əliyevanın "Ana” mahnısı mərasimi daha rəngarəng edib.

Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd göstərilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR