İcra başçısı yazıçını Fəxri Fərmanla təltif etdi - Səxavət Tağların yubileyi ilə bağlı tədbir + FOTOLAR

img

03-05-2018 [21:27]


Imişlidə rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin təşəbbüsü ilə istedadlı yazıçı-publisist, Əməkdar müəllim Səxavət Tağların 60 illik yubileyi keçirilib. 

Bu barədə Mia.az-a verilən məlumata görə, rayon fəallarının, təhsil və mədəniyyət işçilərinin, tanınmış yazıçı və şairlərin iştrak etdiyi mərasimdə əvvəlcə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin yubilyara ünvanladığı təbrik oxunub, rayon başçısının imzaladığı Fəxri Fərman təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərvaz Hüseyinoğlu Yazıçılar Birliyinin təbrikini oxuduqdan sonra Səxavət Tağların həyat və yaradıcılığı haqqinda məruzə ilə çıxış edib. Bildirib ki, Səxavət Tağlar yaradıcılığa ötən əsrin 80-cı illərindən başlayıb: "Qarabağ həqiqətləri, milli-mənəvi dəyərlərimiz, saf eşqin, sədaqətin tərənnümü onun başlıca mövzularındandır. Səxavət Tağlar təşəbbüskarlığı, zəngin yaradıcılığı və xüsusilə də qayğıkeşliyi ilə bölgədə ədəbi həyatın canlanmasına ləyaqətlə xidmət edir".

Rayon Təhsil şöbəsinin müdiri Ramiz Əmirov yubileyarın ədəbi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, ədəbi sahədə olduğu kimi, o, qabaqcıl təhsil işçisi, Əməkdar müəllim kimi pedaqoji sahədə də uğurları ilə seçilir.

Yubiley tədbirində TŞ-nın müdir müavini Vahid Tağıyev, "Xalq Sözü” qəzetinin baş redaktoru Səməd İsmayılov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional mərkəzinin koordinatoru Vilayət Muradlı, "Həqiqət və Reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev, şair və yazıçılardan Valeh Bahaturoğlu, Sədaqət Vəlioğlu, yubileyarın rəhbərlik etdiyi məktəbin direktor müavini Atamoğlan İmranov, müəllimə Rahilə Göyüşova, direktor yoldaşları Həkimxan İmanov, Əli Nəcəfov, Əlibarat Ataşov, Şahsuvar Əmrahov, yubileyarın ailə həkimi Ələddin Əliyev Səxavət Tağların sevilən qələm adamı, məktəb rəhbəri, səmimi insan, ləyaqətli vətəndaş kimi məziyyətlərindən bəhs ediblər.

 Sonda yubilyar Səxavət Tağlar tədbir iştrakçılarına dərin təşəkkülünü bildirib.

Onu da qeyd edək ki, yubleydən çəkilmiş geniş material 02 may 2018-ci il tarixdə Dünya TV-nın "Ləziz Səyahət ” verlişində göstərilib.





Digər xəbərlər
SON XƏBƏRLƏR