Azərbaycanda dəhşətli yol qəzası - 2 nəfər öldü, 6 nəfər yaralandı

img

02-05-2018 [22:07]


Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az-ın report-a istinadən məlumatına görə, qəza rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi azyaşlıdır.
Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR