ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide İlham Əliyev xalq rəssamının vəfatı ilə bağlı başsağlığı verdi – NEKROLOQ - mia.az
Şriftin ölçüsü / 701 dəfə oxunub

İlham Əliyev xalq rəssamının vəfatı ilə bağlı başsağlığı verdi – NEKROLOQ

02 May 2018 [19:10]

Azərbaycan prezidentiİlham Əliyev, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri xalq rəssamı, professor Tokay Həbib oğlu Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Mia.az-ın məlumatına görə, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Tokay Həbib oğlu Məmmədov 2018-ci il mayın 2-də ömrünün 91-ci ilində vəfat edib.

Tokay Məmmədov 1927-ci il iyul ayının 17-də Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1942-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, 1945-1951-ci illərdə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayan Tokay Məmmədov 1958-ci ilədək burada çalışıb. O, 1966-1988-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rəsm” kafedrasının müəllimi, 1988-1992-ci illərdə "Heykəltəraşlıq” kafedrasının müdiri, 1992-2001-ci illərdə həmin kafedranın professoru vəzifələrində işləyib. Tokay Məmmədov 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Heykəltəraşlıq” kafedrasının professoru olub.

Tokay Məmmədov 1952-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələr tutub, 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib. O, 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.

Azərbaycan təsviri sənətini zənginləşdirən qiymətli əsərləri ilə Tokay Məmmədov milli mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərib. O, müxtəlif janrlarda yaratdığı əsərləri ilə ölkəmizin heykəltəraşlıq tarixinə parlaq səhifələr yazıb. Sənətkar Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirib. Onun sənətin əbədi mövzularını bütün dərinliyi ilə əks etdirən əsərləri Azərbaycan heykəltəraşlığının mükəmməl nümunələridir.

Tokay Məmmədovun yaradıcılığının məhsulu olan, Bakının küçə və meydanlarını bəzəyən əsərlər paytaxtımızın görkəminin ayrılmaz hissəsini təşkil edir. Doğma torpağa, xalqına bağlı olan sənətkar kimi onun müstəqil Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə verdiyi töhfələr əvəzsizdir. Mahir heykəltəraş hələ gənclik illərindən etibarən öz fitri istedadı sayəsində mütəxəssislərin böyük rəğbətini qazanıb, ölkəmizdə və onun hüdudlarından kənarda tanınıb. Sənətkarın dünyanın bir çox ölkələrində nümayiş etdirilən əsərləri Azərbaycan mədəniyyətinin şöhrətini daha da artırıb.

Tokay Məmmədov heykəltəraşlığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək gənc heykəltəraşlar nəslinin yetişdirilməsi işində əvəzsiz xidmətlər göstərib. Onun zəngin irsi bir çox heykəltəraşın bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayıb, onların peşəkarlığının təşəkkülündə böyük əhəmiyyət kəsb edib. Tokay Məmmədovun 1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ictimai fəaliyyəti də təqdirəlayiq olub. Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şərəf” və "Şöhrət” ordenlərinə, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Böyük sənətkar Tokay Həbib oğlu Məmmədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İlhamƏliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Əbülfəs Qarayev
Ceyhun Bayramov
Fərhad Xəlilov
Tahir Salahov
Ömər Eldarov
Ağəli İbrahimov
Salxab Məmmədov
Altay Hacıyev
Fazil Nəcəfov
Fuad Salayev
Arif Hüseynov
Xanlar Əhmədov
Nazim Bəykişiyev.





ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR