Azay Quliyevin kitabının təqdimatı keçirilib

img

02-05-2018 [17:19]


Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyevin "Azərbaycanda qeyri-hökumət təşkilatları – Tarix və inkişaf” kitabının təqdimatı keçirilib.

Kitabda qeyri-hökumət təşkilatlarının əhəmiyyəti, beynəlxalq münasibətlər sistemində QHT sektorunun yeri və rolu araşdırılır.

Millət vəkili Hikmət Babaoğlu monoqrafiyanın elmi və ictimai əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azay Quliyevin monoqrafiyası vətəndaş cəmiyyəti quruculuğu istiqamətində gedən prosesləri əks etdirən yeni və aktual elmi mənbədir: "Müəllif elmi tədqiqatında QHT-lərin yaranma tarixini və inkişafını, ictimai sektorun təkamül mərhələlərini geniş araşdırıb, bu sahədə milli və beynəlxalq təcrübəni müqayisəli şəkildə tədqiq və təhlil edib. Kitabda vətəndaş cəmiyyəti haqqında mövcud nəzəriyyələrə müəllifin elmi baxışı və yaradıcı mövqeyi, Azərbaycan elmi qarşısında qaldırdığı bir sıra aktual məsələlər monoqrafiyanın dəyərini və sanbalını daha da artırır”.

Menecment Universitetinin kafedra müdiri İsrail İsgəndərov, Dövlət İdarəçilik Akademiyasının dosenti İnşallah Qafarov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və başqaları kitabın çap olunmasını yüksək qiymətləndiriblər.

Qeyd olunub ki, Azay Quliyevelmi tədqiqatında vətəndaş cəmiyyətinin, ictimai sektorun tarixlə müasir dövrün üzvi bağlılığını və canlı proses olaraq davamlılığını dəqiq göstərə bilib və dövlətimizin bu sahədə atdığı addımları və qəbul etdiyi qərarların elmi təhlilini aparıb.

A. Quliyev isə müəllifi olduğu monoqrafiya və Azərbaycan QHT sektoru haqqında geniş məlumat verib, tədbirin təşkil olunmasında yaratdığı şəraitə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, nəşrin elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Həsənov, rəyçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Əlikram Abdullayev, Bakı Dövlət Universitetinin professoru, Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov, Birmingem Universitetinin professoru, Avropa Şurasının Venesiya Komissiyasının eksperti Jeremi McBride, Bakı Dövlət Universitetinin professoru, deputat Hikmət Məmmədov və AMEA Fəlsəfə İnstitunun professoru Rəna Mirzəzadədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR