Bu ərazilərdə su olmayacaq

img

02-05-2018 [17:07]


Sabah Bakının bəzi mikrorayonlarında suyun verilməsi məhdudlaşdırılacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar mayın 3-də gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR