Demokratiyanın və Milli Dəyərlərin İctimai Birliyi yeni təlimlərə start verdi

img

02-05-2018 [16:44]


Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə başladığı layihə çərçivəsində Bakı şəhəri 64 saylı tam orta məktəbdə "Məktəblərdə şagirdlər arasında vətənpərvərlik hissinin aşılanması istiqamətində sinifdənxaric fəaliyyətin təşkili” mövzusunda təlimlərə start verdi.

Tədbirdə ilk təlimi sagirdlərə çatdıran təlimçi məktəblilərə layihə barədə qısa məlumat verdikdən sonra sözü layıhənin rəhbəri, İctimai Birliyin sədri Əli Cəfərova verdi. Layihə rəhbəri sagirdləri salamladıqdan sonra layihənin məqsəd və vəzifələri haqqında onlara məlumat verərək bildirdi ki, yasadığımız dövrdə yeniyetmə gənclər arasında sağlam həyat tərzi keçirməyən, təhsildən, eləcə də milli-mənəvi dəyərlərimizdən uzaq düşən kifayət qədər gənclərimiz vardır. Bunun nəticəsidir ki, yetişməkdə olan gənc nəsil arasında vətən sevgisi hissləri çox aşağı səviyyədədir. Onlar Milli Qəhrəmanlarımız, eləcə də 20 Yanvar Şəhidlərimiz haqqında çox səthi biliklərə malikdirlər. Bizim layihəmizin əsas mahiyyəti gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, bu imkandan yararlanıb onlara milli ruh - Vətən, 20 Yanvar, Qarabağ şəhidləri, Qarabağ müharibəsi haqqında müfəssəl bilgilər verməkdən ibarətdir. Layihə vətənpərvərlik tərbiyəsinin bütün detallarının geniş ictimaiyyətə təbliğ olunmasından və bu təbliğata maneçilik törədən qeyri-təbii amillərin aradan qaldırılmasından bəhs edir. Mən inanıram ki, biz sizinlə səmərəli fəaliyyət göstərməklə müəyyən müsbət nəticələr əldə edə biləcəyik.

Layihənin istiqamətlərinə işıq tutan tanışlıq xarakterli bu çıxısdan sonra Əli müəllim yenidən sözü təlimçiyə verərək layihənin hədəflərinə çatmaq yönündə onun şagirdləri bilgiləndirməsinə şərait yaratdı. Təlimçi uşaqlara yönəldici suallar verərər onları mövzu ilə əlaqədar düşündürməyə sövq etdi. Suallar təxminən aşağıdakı aspektləri əhatə edirdi: "Vətən hardan başlanır”, Asduə vaxtınızı necə dəyərləndirirsiniz”, "20 Yanvar hadisələri bizə nəyi xatırladır”, Xocalı soyqırımının mahiyyətini necə izah edə bilərsiniz” və s. Şagirdlərdən Kamran, Zəhra, Pəri, Cavansir, Nicat, Aydan,Fərid, Şəfa, Əmrah və s müxtəlif cavablarla fikirlərini sərbəst ifadə etməyə çalışırdılar. Bununla yanaşı o, Qarabağ gerçəklikləri haqqında uşaqlara məlumat verərək bildirdi ki, qədim zamanlardan ermənilər və onların havadarları Azərbaycan torpaqlarına göz dikmiş, öz mənfur niyyətlərinə çatmaq üçün daim günahsız insanları, məsum korpələri qətlə yetirmişlər. Təlimçi həmçinin Azərbaycan filmlərindən nümunələr gətirərək bu filmlərin konkret faktlar əsasında ərsəyə gətirildiyini söylədi və Azərbaycan xalqının necə mübariz bir qəhrəman xalq olduğunu təlim iştirakçılarına izah etdi. 20 Yanvar hadisələrindən, Xocalı soyqırımın mahiyyəti haqqında uşaqlarla sual-cavab yarışına çıxdı. Şagirdlər suallara ətraflı cavab verməklə öz bilik-bazalarını bir daha təkrarlamış oldular. Müxtəlif yönümlü suallar və tapşırıqlarla uşaqlar fikrilərini sərbəst ifadə etdilər. "Fəryad”, "Xoca”, "Babək” filmlərindən sitatlar gətirildi. Bununla yanaşı, təlim zamanı təlimçi uşaqlara 20 Yanvar, Xocalı faciəsini işıqlandıran dünya mətbuatından nümunələr söyləyərək şagirdlərə izah etməyə çalışdı ki, dünya bu haqsızlığa göz yummada davam edir.

Təlim zamanı söz məktəb direktoruna verildi. Məktəb direktoru Rafael mw’llim bu layihənin məqsədlərini alqışlayaraq şagirdlərə bildirdi ki, layihə ideya olaraq gözəl düşünülmüş və bu gün cəmiyyətimiz üçün vacib olan bir məsələni əhatə etmişdir. Qarabağ dünənin, bu günün, sabahın problemidir. Bu mövzuda təlimlərin, tədbirlərin orta məktəblərdə təbliği uşaqlarda vətənə, ətraf mühitə, ailəyə, cəmiyyətə sevgi hisslərini aşılayır, bununla yanaşı onları şəxsiyyətyönümlü bir vətəndaş kimi formalaşmağa sövq edir. Həmçinin çıxış zamanı məktəb direktoru Rafael müəllim onu da söylədi ki, bu tədbirlərin, təlimlərin keçirilməsi şagirdlərdə azərbaycançılıq ideyalarına sadiqlik, liberal dəyərlərin formalaşmasına gətirib çıxarır ki, bu da hər bir Azərbaycan vətəndaşının sahib ola biləcəyi bir haldır. Bir daha bu layihəni gerçəkləşdirən insanlara, təşkilatlara təşəkkürünü bildirdi.

Təlimçi sonda bir daha ordumuzun tez bir zamanda öz torpaqlarını düşmən işğalı altından azad edəcəyini xüsusi vurğuladı. Uşaqlar müxtəlif kampazisiyalar nümayiş etdirməklə birinci təlimi yekunlaşdırdılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR