Azərbaycanda əhali siyahıya alınacaq

img

02-05-2018 [16:25]


Bu gün Ankarada (Türkiyə) İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 7-ci sessiyası işə başlayıb.

Mia.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, sabah başa çatacaq tədbirdə Azərbaycanı qurumun aparat rəhbəri Cabbar Musayev təmsil edir. Sessiya zamanı əhali və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il raundu üzrə görülmüş işlər, vətəndaş qeydiyyatı məlumatları da daxil olmaqla demoqrafiya və miqrasiya üzrə rəsmi statistika məlumatlarının istehsalı və yayılması ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə məlumatların hazırlanması sahəsində milli prioritetlərə, İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyası üçün yeni strateji baxışın formalaşdırılmasına, Beynəlxalq Statistika İnstitutunun 62-ci Dünya Statistika Konqresinin işinə dair məsələlər müzakirə olunacaq.

Tədbirdə DSK-nın nümayəndəsi təqdimatla çıxış edərək 2019-cu ildə ölkədə keçiriləcək əhalinin siyahıyaalınmasına, o cümlədən sınaq siyahıyaalınmasına hazırlıq üzrə görülən işlər barədə məlumat verəcək, Dövlət Statistika Komitəsinin bu sahədə əldə etdiyi təcrübəni sessiya iştirakçıları ilə bölüşəcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub