Qarabağdakı hərbi qüvvələr İrəvan ətrafına cəmləşdirilir

img

02-05-2018 [16:19]


Ermənistan ərazisində internet və mobil rabitəyə məhdudiyyət qoyulub.

Mia.az ordu.az-a istinadən xəbər verir ki, mayın 1-də Ermənistan parlamentində keçirilən və nəticəsiz başa çatan iclasdan dərhal sonra hazırkı hərbi-siyasi rəhbərlik xalqın etiraz səsini yatırmaq və hakimiyyəti əldə saxlamaq məqsədilə Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən qanunsuz hərbi birləşmələrinin bir hissəsini İrəvana yeritmək qərarına gəlib.

Bu məqsədlə dünən gecə saatlarından başlayaraq Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 538-ci motoatıcı briqada və 18-ci motoatıcı diviziyanın bölmələri Kəlbəcər-Vardenis-Sevan-Yerevan və Cəbrayıl-Gorus-Vedi-Yerevan marşurutları üzrə Ermənistan istiqamətində hərəkət edir.

Bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin əhaliyə ölkə ərazisində hərbi daşınmaların maneəsiz hərəkətinin təmin edilməsi barədə etdiyi müraciətə baxmayaraq, İrəvan şəhərinə Kanaker, Nubaraşen və Eçmiadzin istiqamətlərindən daxil olan yollarda girişlər etirazçılar tərəfindən bağlı saxlanılır.

Eyni zamanda Ermənistan hakimiyyəti tərəfindən ölkədəki internet provayderləri və mobil rabitə operatorlarının fəaliyyətinə də məhdudiyyət qoyulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR