AFFA milli üzvlərini cəzalandırdı

img

02-05-2018 [14:20]


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasda futzal üzrə Yüksək Liqanın son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub: 

Futzal üzrə Yüksək Liqanın 26-cı turunun "Marafon Futsal” - "Araz” matçının 18-ci dəqiqəsində "Araz”ın futbolçusu Eduardo Borqes kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

Oyunun 18-ci dəqiqəsində "Araz”ın futbolçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

Oyunun 37-ci dəqiqəsində "Araz”ın futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

Oyunun 40-cı dəqiqəsində "Araz”ın futbolçusu Rövşən Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Qeyd edək ki, cəzalananlar həm də futzal üzrə Azərbaycan millisinin üzvləridi.

Futzal üzrə Yüksək Liqanın 27-ci turunun "EKOL” - "Xəmsə” matçında "Xəmsə" komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR