Milli Məclisin növbəti iclasının gündəliyi

img

02-05-2018 [12:37]


Milli Məclisin mayın 4-də keçiriləcək iclasının gündəliyi məlum olub. İclasın gündəliyinə 21 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

- İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında

- "Torpaq islahatı haqqında" qanuna dəyişiklik;

- Torpaq Məcəlləsinə dəyişiklik ;

- "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik;

- "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklik;

- "İctimai televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik;

- "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

- "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanuna dəyişiklik;

- "Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişiklik;

- "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" qanuna dəyişiklik;

- "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında" qanuna dəyişiklik;

- "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" qanuna dəyişiklik;

- "Mədəniyyət haqqında" qanuna dəyişiklik;

- "Məlumat toplularının hüquqi qorunması haqqında" qanuna dəyişiklik;

- "Memarlıq fəaliyyəti haqqında" qanuna dəyişiklik;

- "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanuna dəyişiklik;

- "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik;

- "Sosial sığorta haqqında" qanuna dəyişiklik;

- "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi ikinci oxunuşda.



Digər xəbərlər
SON XƏBƏRLƏR